NATO oktyabrın 14-də iki həftə davam edəcək illik nüvə təlimlərinə başlayacaq.
Rezonans.az xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Qərbi Avropanın hava məkanında təlim uçuşları həyata keçirəcək NATO-nun “Steadfast Noon” illik nüvə təlimində 60-dan çox təyyarə iştirak edəcək.
İki həftəlik “Steadfast Noon” təlimində ABŞ-nin nüvə başlıqlarını daşıya bilən döyüş təyyarələri yerləşdiriləcək, lakin heç bir döyüş silahından istifadə edilməyəcək.
“Steadfast Noon”a 8 aviabazadan 2000 hərbçi və müxtəlif növ təyyarələr, o cümlədən nüvə qabiliyyətli qırıcılar, bombardmançılar, müşayiət qırıcıları, yanacaqdolduran təyyarələr, həmçinin kəşfiyyat və radioelektron müharibə apara bilən təyyarələr cəlb olunacaq.