Sabunçuda 2 nəfərdən 7 kq narkotik vasitə aşkarlandı - VİDEO

img

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 29 yaşlı Emil İskəndərov və 38 yaşlı Fazil Əfəndiyev saxlanılıblar.

DİN-dən Rezonans.az-a bildirilib ki, onlardan 7 kiloqramdan artıq narkotik vasitə olan heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri paytaxt ərazisində təyin olunan ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

Həmçinin, bölmə əməkdaşlarının cari ilin 9 ayı ərzində həyata keçirdikləri tədbirlərlə ümumilikdə 45 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 4 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 5 daraq və 30-dan çox patron əməliyyat yolu ilə aşkarlanıb.


Xəbəri paylaş: