1924-cü ildə yoxa çıxan alpinist Endryu İrvinin qalıqları Everestin yamaclarında tapılıb.
Rezonans.az xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb.
Xatırladaq ki, Endryu İrvin 6 iyun 1924-cü ildə 8170 metr hündürlükdəki düşərgəni tərk edib. Sonuncu dəfə iyunun 8-də zirvədən təxminən 240 metr aralıda görülüb. O gündən bu günə ondan xəbər olmayıb.
Bu ilin oktyabrında Ronqbuk Mərkəzi Buzlaqında çəkmədə ayaq parçası aşkar edilib. “E.K.İrvin” adı işlənmiş corab sayəsində onun kimliyi müəyyən edilib.