Ölkəyə qanunsuz yolla qızıl gətirmək istəyən şəxs YAXALANDI

img

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Rezonans.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük zonasını tərk edərkən “Qırmızı kanala” yönləndirilib.

Gömrük nəzarəti zamanı həmin şəxsin gödəkçəsinin cibindən gömrük orqanına bəyan edilməyən 256 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: