Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə tədbir keçirilib

img

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə silsilə tədbirlər keçirilib.

Rezonans.az xəbər verir ki, kollecin şöbə müdirləri tədbirdə çıxış edərək qeyd etdilər ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. 

Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələr sırasında olduğunu bir daha sübut edir. 

Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir

Tədbirin sonunda videoçarx nümayiş olundu.

Xəbəri paylaş: