“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

img

Bir aydan çoxdur tətilin davam etdiyi “Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir.

Rezonans.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Kelli Ortberq məlumat verib. O bildirib ki, şirkət dünya üzrə əməkdaşlarının 10 faizini ixtisar edəcək. Paralel olaraq 777X modelinin ilk nümunəsinin müştəriyə çatdırılması 1 il gecikdiriləcək.

Ortberq qeyd edib ki, məqsəd “maliyyə reallığına uyğunlaşmaqdır”. ABŞ-dakı zavodda tətilə görə 737 MAX, 767 və 777 modellərinin istehsalı dayanıb.

Xəbəri paylaş: