Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırıldı

img

Nəsimi rayonu, Alı Mustafayev keçəsi, “20 Yanvar”, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.

Xəbəri paylaş: