Şəkidə yeniyetmə oğlan faciəli şəkildə öldü

img

Şəkidə 15 yaşlı gənci avtomobil vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, ötən gün axşam saatlarında Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə, yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub.

Piyada aldığı ağır bədən xəsarətlərindən  ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: