Xaçmazdakı hadisə ilə bağlı POLİSDƏN AÇIQLAMA

img

Oktyabrın 12-də  saat 22 radələrində Xaçmaz rayon Köhnə Xudat kənd sakini, nitq qüsurlu A.Qəribovun həmkəmdlisi, əvvəllər məhkum olunmuş E.Musayev tərəfindən döyülməsi ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır. 

Rezonans.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov bildirib. Qeyd edib ki, əməli törədən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəydən asılı olaraq xəsarətin dərəcəsi müəyyən olunmaqla əmələ hüquqi qiymət veriləcəkdir.

Xəbəri paylaş: