Misirdə iki sərnişin qatarı toqquşub, 20 nəfər yaralanıb

img

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 20 nəfər xəsarət alıb.

Rezonans.az xəbər verir ki, bu barədə EFE agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

“Toqquşma Qahirədən 250 km aralıda baş verib; ilkin məlumatlara görə, bir neçə vaqon kanala düşüb, 20 nəfər xəsarət alıb,” - deyə agentlik nazirliyin açıqlamasından sitat gətirir.

Hadisə yerinə 23 təcili tibbi yardım maşını göndərilib.

Xəbəri paylaş: