Seyfəlidə yararsız döyüş sursatları məhv EDİLƏCƏK

img

Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Rezonans.az-a bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixində 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Xəbəri paylaş: