İsrailin Baş Qərargah rəisinin öldüyü iddia edilir

img

Hizbullah"ın İsrailin Hayfa şəhərinin cənubundakı hərbi bazaya pilotsuz təyyarə ilə təşkil etdiyi hücumda 4 əsgər həyatını itirib, 67 əsgər isə yaralanıb.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin PUA-nı təsbit edə bilmədiyi və hücum siqnallarının verilmədiyi bildirilib.  Bölgəyə çoxlu təcili yardım maşınları və helikopterlərin göndərilməsinin görüntüləri sosial mediada paylaşılıb.

İsrail mediası “Ən ağrılı gecə” yazarkən ərəb mediası İsrailin Baş Qərargah rəisi Herzi Halevinin "Hizbullah"ın hücumunda öldüyünü iddia edib. 

Hələlik İsrail tərəfi bu iddialara cavab verməyib. 

Xəbəri paylaş: