Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

img

AYNA tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır.

Qurumdan Rezonans.az-a bildirilib ki, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlandığından həm davamlı, həm də ətraf mühitə zərərsizdir.

Həmçinin, korroziyaya davamlılığı ilə uzun müddət dayanıqlı olan bu nişanlar hərəkət iştirakçıları üçün maksimum işıqqaytarıcılıq və görünürlük təmin edir.

Əvvəlki nişanlarla müqayisədə daha kompakt ölçüləri sayəsində şəhərimizdə görüntü kirliliyini azaltmağa kömək edir.

Xəbəri paylaş: