Latviyanın eks-prezidenti: “Azərbaycan liderliyi ələ alıb”

img

IX Qlobal Bakı Forumu açıq fikir mübadiləsi aparmaq üçün imkanlar yaradır. Ancaq məsələlər bu gün deyil, gələcəkdə həll olunması üçün araşdırılır.

 

Rezonans.az xəbər verir ki, bu sözləri Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers deyib.

 

“Adından da göründüyü kimi, Forumda müzakirə olunan mövzular lokal deyil, qlobal məsələləri əhatə edir. Ukraynadakı müharibə bir daha onu göstərir ki, bölgələrdə sülhün qorunması bütün dünya üçün vacibdir. Bu mənada, deyə bilərəm ki, Qarabağ məsələsində Azərbaycan-Ermənistan-Rusiya, Azərbaycan-Ermənistan-Gürcüstan və Azərbaycan-Ermənistan-Avropa İttifaqı kimi üçtərəfli görüşlər müsbət mənada bir-birilərini tamamlayır. Azərbaycan artıq bu prosesdə liderliyi ələ alıb. Başqa sözlə, Qafqazda yaşanan problem yalnız çoxtərəfli görüşlərdə öz həllini tapa bilər”, - deyə Zatlers Bakı Forumunun əhəmiyyətindən danışıb.

Xəbəri paylaş: