"Mediasiyada barışıq sazişi" kitabının təqdimat mərasimi keçirilib

img

Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator Sadiq Bağırov tərəfindən yazılmış və Mediasiya Şurası və Bakı 18 saylı mediasiya təşkilatı tərəfindən nəşr edilmiş "Mediasiyada barışıq sazişi" vəsaitinin təqdimat mərasimi keçirilib.

Rezonans.az xəbər verir ki, baş tutan kitab təqdimatında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Tahirə Allahyarova, Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev, Integro Attorneys & Consultants'nin rəhbəri Leyla Şahbazova çıxış edib.

Müəllif Sadiq Bağırov isə kitabın əhəmiyyətindən və kitabın mediatorlar üçün oynadığı roldan danışıb və qeyd edib ki, bu vəsait keyfiyyətli barışıq sazişlərinin imzalanması üçün mühüm rol oynayacaq. 

Kitabın rəyçiləri Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərəmova və Bakı 3 saylı mediasiya təşkilatının rəhbəri Paşa Səfərov olub. 

Digər çıxış edənlər kitabın mediatorlar üçün mühüm əhəmiyyət daşıdığını və mediatorlar üçün təşkil olunan təlimlərdə əyani vəsait rolunu oynayacağını qeyd edib.

Təqdimat mərasimində kitablar ödənişsiz olaraq Bakı 18 saylı mediasiya təşkilatı tərəfindən iştirakçılara təqdim edilib. 

Mediasiya sahəsində barışıq sazişlərinin keyfiyyətli məzmunu və barışıq sazişlərinin bağlanmasında mediator metodlarının inkişafında lazımi metodiki vəsait olacaq kitabda həmçinin mediasiya üsulları və tərəflərin barışıq razılaşmasına təşviq edilməsi prosesi də əks olunub.

Qeyd edək ki, kitab mediator olmağa hazırlaşan namizədlər, mediatorlar, hüquqşünaslar, tələbələr və bu kimi fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub.

Xəbəri paylaş: