Turist aeroportda uşaq dünyaya gətirib, qaçmaq istədi

img

Antalya hava limanında  ayaqyolunda yeni doğulmuş uşaq tapılıb, körpə təcili xəstəxanaya yerləşdirilib, polis isə anasını saxlamağa müvəffəq olub.

Rezonans.az xəbər verir ki, bu barədə "Hürriyyet" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni doğulmuş körpəni hava limanının əməkdaşı ayaqyolunda aşkarlayıb; qadın dərhal polisə və təcili yardıma müraciət edib. 12 dəqiqə sonra hava limanının mühafizəsi Rusiyadan gələn turisti saxlayıb. Məlum olub ki, o uşağı ayaqyolunda dünyaya gətirib və körpəsini tərk edib.

Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Xəbəri paylaş: