İran İsrailə cavab verməkdən imtina edib

img

İran vasitəçi ölkə vasitəsilə ABŞ-yə çatdırıb ki, İsrailin zərbəsi ölkədəki müəyyən hədəflərlə məhdudlaşarsa, ona cavab verməyəcək. 

Rezonans.az xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziya şirkəti mənbəyə istinadən məlumat yayıb.

"İran üçüncü ölkə vasitəsilə ABŞ-yə mesaj verdi ki, əgər İsrailin ballistik raket hücumuna cavabı müəyyən hədəflərlə məhdudlaşarsa, İran hakimiyyəti hazırkı raundun bağlandığını hesab edəcək və cavab verməyəcək", - nəşr yazır.

Materialda qeyd olunur ki, Tehranın “pərdəarxası” mesajı hücum olacağı təqdirdə İsrailə güclü cavab zərbəsi vəd edən İran rəhbərliyinin açıq bəyanatlarından fərqlənir.

Xəbəri paylaş: