Təlimi başa vuran mediatorların yekun imtahanı keçirilib

img

14 oktyabr 2024-cü il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorların ixtisaslaşmış ailə və əmək mediasiyası təlimini başa vuran mediatorların yekun imtahanı keçirilib.

Rezonans.az xəbər verir ki imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb. 

İmtahan Komissiyasının sədri, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Komissiyanın üzvləri Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov, Komissiyanın müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Kəramət Əliyev mediatorlara ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya ilə bağlı suallar verib və mediatorların bilik səviyyəsini qiymətləndiriblər.

Qeyd edək ki, 11 nəfər namizəd imtahandan uğurla keçmişdir.

Xəbəri paylaş: