Təyyarə göyərtəsində kütləvi davaya görə məcburi eniş etdi

img

Anadır-Moskva marşrutu ilə uçan Boeing 777 təyyarəsi göyərtəsində kütləvi dava baş verdiyi üçün Krasnoyarsk hava limanına məcburi eniş etmək məcburiyyətində qalıb.

Rezonans.az xəbər verir ki, bu barədə Aviatorschina Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 44 yaşlı İlya Puşkarev sərxoş halda təyyarəyə minib. Uçuş zamanı o, həm də spirtli içki qəbul edib və sərnişinləri narahat edib. Stüardessalar adamı sakitləşdirməyə çalışsalar da, cavab olaraq təhqir və zərbələr alıblar. Sərnişinlər köməyə gəliblər.  Beləliklə, təyyarədə kütləvi dava düşüb.  Nəticədə pilot uçuşu dayandırmaq və Krasnoyarsk hava limanında təcili eniş etmək qərarına gəlib. Hava limanında qalmaqallı şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xəbəri paylaş: