Fransada açıq havada tədbirlər qadağan olundu

img

Fransanın bir sıra rayonlarında anomal istilər səbəbindən açıq havada tədbirlərin təşkili qadağan edilib.

Rezonans.az xəbər verir ki, həmçinin sərinləşdirici sistemlə təmin olunmayan binalarda da kütləvi tədbirlər keçirilməsinə, o cümlədən konsertlərə qadağa qoyulub.

Bu həftə Fransada havanın hərarəti 40 dərəcəyədək yüksəlib. İstilərin pik səviyyəsi iyunun 18-nə təsadüf edib. Bu il ölkəyə yay istiləri daha tez gəlib. Anomal istilər Şimali Afrikadan isti hava kütləsinin daxil olması ilə izah edilir.

Xəbəri paylaş: