Qazaxıstan prezidentindən Bakı və İrəvana TƏKLİF

img

Qazaxıstan İrəvan və Bakıya sülh müqaviləsinin imzalanması üzrə danışıqlar üçün yenidən Almatıda platforma təklif etməyə hazırdır. 

Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb. 

Ermənistan prezidenti Vaaqn Xaçaturyanla Astanada aparılan danışıqların nəticələrinə əsaslanan məlumatda deyilir:"Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatıda platforma təqdim etməyə davam etməyə hazır olduğunu təsdiqləyib". 

Xəbəri paylaş: