Sülhün bərqərar olması ilə bağlı nəzərinizə çatdırım ki, Ermənistan və Azərbaycan razılığa gəlmək ərəfəsindədir".
Rezonans.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
"Sülh prosesinin bir neçə ay əvvəl ciddi şəkildə başladığı kontekstdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə bizim razılaşmamızı istəyirdi. Mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik.
Sülh bərqərar etməyin vaxtı gəldi, indi sülh zamanıdır. Ermənistan bu gün sülh müqaviləsi imzalamağa hazırdır", - deyə Simonyan çıxışında qeyd edib.