Metroda problem - Sərnişinlər qatardan düşürüldü (VİDEO)

img

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasındaikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

Rezonans.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb:

"Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var".


Xəbəri paylaş: