Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etmək imkanı istəyib.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, bunu “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.
“Bəli, biz iki ölkədən xahiş etmişik: Azərbaycan və Gürcüstana tədarük imkanını soruşduq. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşunun enerji sisteminin imkanlarını soruşduq. Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz Sistem Operatorunun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana müraciət edəcəyik ki, hər biri bizi 300 MVt enerji ilə təmin etsin”, - deyə Panina bildirib.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.
"Rusiya elektrik enerjisini idxal etməməyə çalışacaq, lakin fövqəladə hallarda qonşu ölkələrin enerji sistemlərinə müraciət edə bilərik", -deyə Panina aydınlıq gətirib.