London birjasında "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 2024-cü il oktyabrın 3-dən bəri ilk dəfə 74 dollar/bareldən aşağı düşüb.
Rezonans.az xəbər verir ki, "qara qızıl"ın qiyməti 4,6% azalaraq 73,9 dollar/barelə bərabər olub.
Eyni zamanda WTI markalı xam neftin dekabr çatdırılması üzrə fyuçersləri 4,67% itirərək bir barel üçün 70,38 dollara düşüb.