Şəhid atası dünyasını dəyişdi

img

Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası vəfat edib.

Rezonans.az xəbər verir ki, Əmrah Baxışov yaşadığı Qobustan rayonunda xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, C. Baxışov 2001-ci ilin aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cahangir 2020-ci ilin oktyabrın 9-u şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Xəbəri paylaş: