ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 74,49 ABŞ dolları təşkil edib.
Rezonans.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,4% artaraq 1 barelə görə 70,86 ABŞ dolları olub.