"Sülh müqaviləsi ABŞ-dən asılı deyil" - Miller

img

"Birləşmiş Ştatlar heç vaxt Ermənistan-Azərbaycan sülh müqaviləsini COP29 sammiti ilə əlaqələndirməyib".

Rezonans.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib. 

"Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi görmək istəyirdik və sülh sazişinin imzalanmasına təkan verdik, nəticədə onun sərhədi keçəcəyinə ümid etdik. Lakin bu, ABŞ-dən deyil, hər iki tərəfdən asılıdır", - Miller bildirib.

Xəbəri paylaş: