Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova həftəlik brifinq zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin çərşənbə günü, oktyabrın 16-da Ali Radada təqdim etdiyi “qələbə planını” şərh edib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
"Bu, əlbəttə ki, bir plan deyil, bir-birinə uyğun olmayan şüarlar toplusudur".
Onun sözlərinə görə, planda “Ukraynanın NATO- ya dəvət edilməsi ilə bağlı daha bir isteriya var”.