İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin hədəflərlə bağlı qərar hələ verilməyib.
Rezonans.az xəbər verir ki, bu barədə Amerikanın “Washinton Post” İsrail rəsmilərinə istinadən məlumat yayıb.
"İsrail rəsmilərinin bildirdiyinə görə, İranda hücumun hədəfləri ilə bağlı yekun qərar hələ verilməyib, lakin yaxın günlərdə hücum gözlənilir”, - nəşr yazır.
ABŞ rəsmiləri WP-yə bildiriblər ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Yaxın Şərqdə alovlanan münaqişənin prezidentlik yarışının son həftələrində sakitləşə biləcəyinə ümid edirdilər, lakin İsrailin yeni hərbi hücumları bunu demək olar ki, mümkünsüz edir.
Oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atıb. Onların əksəriyyəti ələ keçirilib. İsrail tərəfi İranın nüvə obyektlərinə zərbə endirmək variantı da daxil olmaqla, buna cavab verəcəyini vəd edib.
Bildirək ki, bir sıra ABŞ mətbu orqanları tez-tez İsrail və İran arasında müharibənin başlanacağı barədə məlumat dərc edirlər.