“UForex” hesabını “SİMA İmza” ilə aç!

img

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” “Unicapital İnvestisiya Şirkəti” ASC-yə məxsus “UForex” platformasına inteqrasiya olunub.

Rezonans.az xəbər verir ki, artıq investisiya həvəskarları SİMA yeni nəsil rəqəmsal imza ilə platformanın veb-saytında rahatlıqla onlayn hesab aça bilərlər.

Belə ki, istifadəçilər www.uforex.az saytına daxil olaraq, “SİMA İmza” tətbiqi vasitəsilə bir neçə dəqiqə ərzində qeydiyyatdan keçməklə “Şəxsi kabinet”ə sahib olurlar. Nəticədə müştərilər xidmət ofisinə getmədən “UForex” platformasında özlərinə “Şəxsi kabinet” yaradırlar.

Hesab açıldıqdan sonra müştərilər “UForex” platforması üzərindən qlobal foreks bazarlarına çıxış əldə edə və şirkətin təqdim etdiyi bütün xidmətlərdən yararlana bilərlər. Bunlara qızıl, gümüş, neft, valyuta cütlükləri və indekslər kimi maliyyə alətləri ilə ticarət imkanı daxildir.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Bu imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Xəbəri paylaş: