Xətai rayonunda sürüşmə oldu

Xətai rayonunda sürüşmə oldu

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

Rezonans.az xəbər verir iki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir: "Son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək". 

Xəbəri paylaş: