DDLA küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir

img

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir. 

Rezonans.az xəbər verir ki, xəbərdarlığa əsasən, sabahdan  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi oktyabrın 19-u səhərədək  davam edəcək.  Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək  güclənəcəyi gözlənilir.   

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır. 

Xəbəri paylaş: