Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

img

18.10.2024-cü il tarixdə Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa edilməsinin 33 illiyi münasibətilə tədbir keçirilib.

Rezonans.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda qəhramancasına şəhidlik zirvəsinə ucalan bacı-qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.

İdarə rəisi, Azər Xankişiyev tədbirə danışıq nitqiylə başlayaraq qeyd edib ki, Müstəqilliyin Bərpası Günü Milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı verdi. Beləliklə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Azər Xankişiyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ölkə rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı sayəsində Rəşadətli Azərbaycan Ordusu illərdi həsrətində olduğumuz əzəli-əbədi, ata-baba yurdlarımız mənfur düşmənlərin əsarətindən çıxarılaraq işğaldan azad olundu. Azərbaycan bu gün müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir və mötəbər tribunalarda müsbət mənada ölkəmizin adı çəkildiyini bildirib.

Daha sonra idarənin digər əməkdaşları Müstəqilliyin Bərpası Günü ilə bağlı öz fikirlərini bölüşüblər.


Xəbəri paylaş: