Netanyahunun evinə PUA hücumu oldu

img

Hizbullah"a məxsus pilotsuz uçan aparat İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki şəxsi iqamətgahına hücum edib. 

Rezonans.az xəbər verir ki, bu  barədə Baş nazirin ofisi məlumat yayıb.

"Baş nazir və həyat yoldaşı orada olmayıb və insident nəticəsində ölən və yaralanan yoxdur", - məlumatda deyilir.

Bundan əvvəl Livandan İsrailə üç PUA hücumu olub. Onlardan ikisi ələ keçirilib, üçüncüsü Qeysəriyyədə binaya çırpılıb.

Xəbəri paylaş: