İstanbulda keçirilən “3+3” regional əməkdaşlıq platformasının üçüncü sessiyasının yekunu olaraq birgə bəyannamə qəbul edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Birgə bəyannamədə regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın möhkəmlənməsinə, eləcə də rifah və sabitliyin təmin olunmasına verdiyi töhfə vurğulanır.
Nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və qarşılıqlı fəaliyyət sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi qərara alınıb. Bəyannamədə həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin dəstəklənməsinin vacibliyi vurğulanıb.