Ukraynanın xarici işlər naziri Andrey Sibiqa oktyabrın 20-dən 22-dək Türkiyəyə rəsmi səfər edəcək.
Rezonans.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Sibiqa Ukrayna-Türkiyə əməkdaşlığına dair mühüm yüksək səviyyəli danışıqlar aparacaq.
Sibiqa Ankaraya səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və ticarət naziri Ömər Bolat ilə görüşəcək.
Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi qələbə planına, Ukraynanın NATO-ya inteqrasiyasına və Sülh Formulasına “xüsusi diqqət” veriləcək.
İstanbulda Andrey Sibiqa SAHA EXPO 2024 müdafiə-sənaye sərgisində də iştirak edəcək və burada Türkiyənin müdafiə şirkətləri ilə görüşlər keçirəcək. O, Türkiyənin Ukrayna və Krım tatar icmaları ilə görüşəcək.