İraq Xüsusi Əməliyyat Qüvvələri (ICTS) İŞİD-in “İraq qubernatoru” kimi tanınan terrorçu komandirini zərərsizləşdirib.
Rezonans.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani açıqlamasında terrorçu komandirin ölkəsinin cənub-şərqində zərərsizləşdirildiyini açıqlayıb.
Öldürülən İŞİD komandiri İŞİD-in İraqdakı bütün hərəkətlərinə cavabdeh olub. Bildirilir ki, onunla yanaşı, daha 8 İŞİD terrorçusu zərərsizləşdirilib.