ADSEA media nümayəndələri üçün tədbir keçirəcək

img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Su şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması mövzusunda tədbir keçiriləcək. 

Rezonans.az xəbər verir ki, tədbirin başlama vaxtı: 23 oktyabr 2024-cü il, saat 15:00

Yer: “Bakı KOB evi” (akt zalı)

İclas iştirakçıları:  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, KOBİA nümayəndələri, sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələri

Müzakirə mövzuları:
-    Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat;
-    Sahibkarların məlumatlandırılması üçün “Məlumat kitabçaları”nın, video-rolik və qurumun yeni internet səhifəsinin təqdimatı;
-    Yeni hazırlanmış portalın təqdimatı;

Xəbəri paylaş: