"Polşa uzun illərdir ki, Rusiyanın hədəfindədir"

img

Polşa uzun illərdir ki, Rusiyanın hədəfindədir. Moskva mütəmadi olaraq təbliğat və dezinformasiya yolu ilə ölkəni gözdən salır.

Rezonans.az xəbər verir ki, bunu Polşa Xüsusi Xidmətləri naziri-koordinatorunun mətbuat katibi Stanislav Jarin deyib.  

Uzun illər Polşa ona qarşı təbliğat və dezinformasiyadan istifadə edən Rusiyanın hədəfində olub. Kreml müxtəlif aksiyalar həyata keçirir, onların məxrəci polyakların öz dövlətçilik və təhlükəsizliklərinə dair fundamental hüququna zərbə vurmaqdır”, - Jarin ifadə edib.

O, həmçinin əlavə edib ki, Rusiya bu hücumları etməklə öz vətəndaşlarını və Qərbi inandırmağa çalışır ki, Polşanın subyektivlik hüququ yoxdur və ciddi qəbul edilməməlidir, sadəcə olaraq NATO ilə Rusiya arasında boz zonadır.

Bildirək ki, Rusiya bu yaxınlarda Polşanı Şimali Atlantika Alyansındakı gücünü artırmaqla yenidən hədələyib.

Xəbəri paylaş: