Ölkənin birinci bankı "Kapital Bank" 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını davam etdirir.
Rezonans.az xəbər verir ki, sərgidə bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərliyi ilə Baş Maliyyə inzibatçısı Emin Məmmədov, Baş Komplayens inzibatçısı Kamal Abdullayev, Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev olmaqla bankın rəsmi nümayəndə heyəti, eləcə də xüsusi işçi komandası iştirak edir.
Sərginin üç günü ərzində bankın müxbir əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində Çinin “ICBC”, BƏƏ-nin “United Arab Bank”, İsveçrənin “BENDURA BANK AG”, İtalyanın “Iccrea Banca S.p.A”, Almaniyanın “Bayern LB” kimi aparıcı bankları və ABŞ-nin “VISA” şirkəti kimi bir çox maliyyə şirkətlərinin rəsmiləri ilə görüşlər keçirilərək müzakirələr aparılıb.
Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.
Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.