Daşkəsəndə evdə partlayış - 52 yaşlı kişi xəsarət aldı

img

Daşkəsəndə mənzildə partlayış baş verib.

Rezonans.az-ın məlumatına görə,  rayon sakini 1972-ci il təvəllüdlü Nadir Sadıqov yanıq xəsarəti alıb.

Xəstəxanadn bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) (Sadıqov Nadir Telman oğlu) 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Məlumata görə hadisəyə səbəb qaz sızması olub.

Fakt araşdırılır.

Xəbəri paylaş: