SEPAH-ın baş komandanı İsrailə xəbərdarlıq etdi

img

"Bu mübarizəni qazana bilməyəcəksiniz və biz sizi məğlub edəcəyik". 

Rezonans.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami deyib. 

O, Amerikanın THAAD hava hücumundan müdafiə sisteminin İsraildə yerləşdirilməsinə münasibət bildirib: "THAAD raketlərinə etibar etməyin. Bunlar məhduddur və siz məhdud gücə güvənirsiniz. İsrail iqtisadiyyatı əsasən dənizdən asılı olan kiçik bir ölkədir. Məntiqsiz qərarlar qəribə bir sürətlənmə ilə bir rejimin süqutuna səbəb ola bilər". 

Xəbəri paylaş: