Rusiyanın Lipetsk şəhərindəki 2 saylı islah həbsxanasından 6 məhbus qaçıb.
Rezonans.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru İqor Artamonov açıqlayıb.
Onun sözlərinə görə, onların axtarışı ilə Penitensiar Xidmət, Daxili İşlər Nazirliyi, Rosqvardiya və FSB-nin regional xidmətləri məşğul olur.
"Mən başa düşürəm ki, bu xəbər narahatlığa səbəb ola bilər, amma xahiş edirəm ki, panikaya düşməyin", Artamonov bildirib.