Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı

img

1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə  ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev  Azərbaycanın o dövr ki ağır,  mürəkkəb və gərgin  vəziyyətinə baxmayaraq bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdi və  Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.

O dövrdə ölkədə hökm sürən böhran, xaos, daxili çəkişmələr Ulu Öndəri yolundan çəkindirə bilmədi.  Xalq da heç vaxt Ulu Öndərdən öz dəstəyini əsirgəmədi, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir və belə də oldu. Bu gün Azərbaycan artıq müstəqil ölkə olaraq inamla irəliləyir. Ulu Öndərin ideyalarını ölkə başçısı cənab İlham Əliyev bu gün uğurla davam etdirir. Azərbaycan xalqının məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Raul Abbaszadə
Göygöl Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru

Xəbəri paylaş: