COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri keçirildi

img

COP29 konfransına hazırlıq prosesi çərçivəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin davamı olaraq 27 oktyabr tarixində COP29 konfrans məkanı olan Bakı Stadionunda nəqliyyatın hərəkəti üzrə növbəti sınaqlar keçirilib.

Rezonans.az xəbər verir ki, proses çərçivəsində konfransın planı və marşrutuna uyğun stadionun müvafiq zonalarında COP29-a məxsus avtobusların hərəkəti, təhlükəsizlik və akkreditasiya yoxlamaları prosedurları test edilib. Bu dəfəki monitorinqin təşkilinə 600-dan çox COP29 konüllüsü cəlb edilib.

Qeyd edək ki, həmçinin ötən sutka ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Föqvəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ilə birgə şəhərin mərkəzi küçə və prospektlərində genişmiqyaslı gündüz və gecə nəqliyyat proseslərinin monitorinqi uğurla tamamlanıb. Monitoqinlər çərçivəsində COP29-a məxsus avtobus və digər nəqliyyat vasitələri, təcili tibbi yadım və yanğınsöndürmə maşınları cəlb edilmişdir.

Ümumilikdə, nəqliyyat monitorinqlərinin məqsədi konfrans zamanı tətbiq ediləcək nəqliyyat sxeminin hərtərəfli sınaqdan keçirilməsi və nəqliyyat sahəsində planlaşdırılan tədbilər üzrə tam hazırlığın təmin edilməsidir.

Xəbəri paylaş: