İsrailin İrana zərbə endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası oktyabrın 28-də iclas keçirəcək.
Rezonans.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasına sədrlik edən BMT-nin İsveçrə missiyası məlumat yayıb.
Qeyd olunub ki, İran görüşün keçirilməsini xahiş edib və Əlcəzair, Çin, Rusiya Federasiyası bunu dəstəkləyib.