Qırğızıstanda yaşayan həmyerlimiz sertifikatlı mediator statusu alıb

img

27 oktyabr tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Azərbaycanlılarının “Birlik” İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev sertifikatla təltif olunub. O, həmçinin Qırğızıstan Respublikası Mediatorlar Şurasına üzv qəbul edilib.  

Rezonans.az xəbər verir ki, bu mediasiya təcrübəsindən Xansıvar Baxşəliyev tərəfindən Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyətində də istifadə olunacaq.  

Xansıvar Baxşəliyev öz növbəsində Azərbaycan Respublikasının mediatorlarına informasiya dəstəyinə görə təşəkkür edib və gələcək səmərəli əməkdaşlıqlara ümid etdiyini bildirib.

Xəbəri paylaş: