Brent neftin qiyməti 110 dollara düşdü

img

"Brent" markalı neftin qiyməti 111 dollardan aşağı düşüb.

 

Rezonans.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:08 üçun (Bakı vaxtı) 3,51 faiz ucuzlaşaraq 110,63 dollar/barel təşkil edib.

 

Saat 06:15 üçün ucuzlaşma zəifləyib və bu marka neft 110,80 dollar/barrel səviyyəsində alınıb-satılıb.

 

Qeyd edək ki, son dəfə Brent markalı neft mayın 20-də 111 dollardan ucuz olub.

Xəbəri paylaş: