Səudiyyə və Misir 7.7 milyard dollarlıq müqavilə imzaladı

img

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Misirə səfər edib.

 

Rezonans.az xəbər verir ki, o, Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

 

Misir tərəfindən verilən açıqlamaya görə, şahzadə və Sisi ticarət, investisiya və təhlükəsizlik məsələlərini, həmçinin gələn ay Səudiyyə Ərəbistanında ABŞ prezidenti Co Baydenin iştirak edəcəyi regional sammiti müzakirə ediblər.

 

Tərəflər arasında 7,7 milyard dollar dəyərində sövdələşmə imzalanıb. İmzalanan 14 sövdələşmə bərpa olunan enerji, neft, qida və digər sahələri əhatə edir. 

Xəbəri paylaş: